取得演示
Now livetag icon
The official Gen AI Landscape report for 2026 is here. Don’t miss out!Get your copybanner icon

SİMA - Rəqəmsal İmza 與 ABB mobile: Bank & Tez Kredit 使用情況與統計

SİMA bulud və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil rəqəmsal imzadır. SİMA mobil tətbiqi heç yerə getmədən, sənədlər toplamadan, növbədə gözləmədən və cəmi bir neçə dəqiqə ərzində yeni nəsil rəqəmsal imza əldə etməyə imkan verir. Ən əsası isə vətəndaşdan HEÇ BİR ÖDƏNİŞ TƏLƏB OLUNMUR. SİMA İmza ilə bu xidmətlərdən istifadə edə bilərsiniz: - Maliyyə xidmətləri – BOKT xidmətləri, Bank xidmətləri; kredit və kart sifarişi, hesab açma, hesabdan çıxarış almaq, pul köçürmə, şəxsi kabinetə giriş. - Sığorta xidmətləri – KASKO sığorta məhsulları, həyatın yaşam sığortası, sığorta müqavilələrinin imzalanması, sığorta müraciət anketinin imzalanması. - Dövlət elektron xidmətləri – Güzəştli mənzil sistemi, Elektron məhkəmə sistemi, E-Polis, Elm və Təhsil Nazirliyi və Dövlət vergi Xidmətində əməliyyatların həyata keçirilməsi. - Digital login ilə daxil ola biləcəyiniz bütün portallara giriş və e-xidmətlərdən istifadə. SİMA rəqəmsal imza vasitəsilə "PAŞA Bank"dan əməkhaqqı kartı olanlar mobil tətbiqi vasitəsilə nağd kredit üçün müraciət edə, "Turan Bank"da əmanət yerləşdirə, Yelo Bank”dan banka getmədən sahibkar krediti götürə və “Bank of Baku” müştəriləri “Dostbank” tətbiqində identifikasiya prosesini tamamlaya bilərlər. Bundan əlavə SİMA imza ilə "Digital Login" sisteminə daxil olaraq 80 portal və xidmətə giriş edə bilərsiniz. Artıq yeni inteqrasiya nəticəsində fərdi sahibkarlar Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (new.e-taxes.gov.az) təqdim edilən 80-dən çox elektron xidmət üzrə əməliyyatlarını SİMA yeni nəsil rəqəmsal imza ilə həyata keçirə bilərlər. - Sadələşdirilmiş, gəlir, əmlak kimi bir çox vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə rahatlıqla təqdim edilməsi; - POS-terminalların qeydiyyatı və qeydiyyatdan çıxarılması; - Elektron qaimə göndərilməsi və s. SİMA rəqəmsal imza hazırda bir çox özəl və dövlət qurumları ilə inteqrasiyanı davam etdirir və rəqəmsal xidmətlərin əhatə dairəsini genişləndirir. Son dövrdə xidmətlərini rəqəmsallaşdıran növbəti qurumlara “Caspian Drilling Company”, “ESAM İnnovations”, “ASEL Kredit” BOKT, Manato.az kredit platforması və “Foriella Mebel” MMC daxildir. SİMA İmza-nın üstünlükləri: - Rahatlıq və təhlükəsizlik - Tamamilə ödənişsiz əldə edilməsi - Mobil tətbiqdə sürətli qeydiyyat - Elektron sənədlərin dərhal imzalanması SİMA İmza ilə artıq internet vergi portalı üzərindən e-vergi sənədlərini imzalamaq çox sürətli və rahatdır. İnternet vergi dairəsi ilə inteqrasiya edilmiş bu sistem sayəsində vergi sənədlərinizi etibarlı şəkildə təqdim edin. Vergi ilə bağlı bütün sənədlərinizi, vergi hesabatlarınızı, rüblük hesabatları və vergi bəyannamələrinizi E-taxes portalına SİMA imza ilə daxil olaraq apara bilərsiniz. Bütün rəqəmsal imzalama ehtiyaclarınız üçün SİMA daim yanınızdadır. Nəzərə alsaq ki, asan imza yüklenməsi mümkün olmayan və quraşdırılması zaman alan bir proses olduğu üçün vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər SİMA imza tətbiqini telefonlarına yükləyərək və sadə qeydiyyat prosesini tamamlayaraq üstünlüklərdən yararlana bilərlər. Asan login qeydiyyat prosesinin uzun olduğunu da nəzərə alsaq SİMA imza sürətli qeydiyyat və imzalama prosesi ilə sizin ən böyük yardımçınız olacaq. Uztanıma imza texnologiyası sənədlərin sürətli və təhlükəsiz imzalama prosesini sizin üçün reallaşdırır. Əlavə qurğuya ehtiyac duymayan bu müasir imza texnologiyası mobil telefonunuzdakı bir tətbiqdən ibarətdir. İmza elektron şəkildə hüquqi qüvvəyə malik formada aparılır. Rəsmi və şəxsi sənədlər üçün online imzalayıcı həllini axtarırsansa, SİMA tam sizin üçündür. Ənənəvi imza və kağız sənəd prosesinin artıq vaxt itkisinə səbəb olduğu bir dövrdə imza üztanıma texnologiyası işlərinizi sürətləndirir, biznesinizi gücləndirir və ən əsası boşa itirilmiş zamanı sizə geri qaytarır. SİMA İmza mobil tətbiqini yükləyib, şəxsiyyət vəsiqənizi oxudub və üztanıma əsasında kimliyinizi təsdiqlədib yeni nəsil rəqəmsal imza əldə edin.
  • Apple App Store
  • 免費版
  • 商業

商店排名

- -

ABB mobile ilə 24/7 nağdsız ödəniş, pul köçürməsi, nağd pul əməliyyatları, tez kredit, kart sifarişi və keşbek qazanmaq imkanları bir tətbiqdə. ABB mobile: rəqəmsal bankçılıq təcrübəsi ABB mobile ABB-nin mobil bank tətbiqidir. Onlayn bank xidmətlərini 24/7 təhlükəsiz idarə edin: hesab açmaq, pul köçürməsi, ödəniş, kart sifarişi, əmanət və investisiya bir neçə toxunuşda. Azərbaycanda fəaliyyət göstərən banklar arasında ABB mobile bütün bankçılıq əməliyyatlarını bir yerdə təqdim edir. Bank şöbəsinə getmədən, növbə gözləmədən. Nağd pul, ödəniş və köçürmə Nağd pul çıxarışı, nağdsız ödəniş və pul köçürməsi tam onlayndır. Ölkədaxili və xaricə pul köçürməsi üçün filiala getmək lazım deyil — komissiyasız köçürmə və ödənişsiz əməliyyat imkanları tətbiqdədir. Kartsız nağd pul çıxarışı ilə bankomatdan nağd pul alın. Kommunal ödəniş, faktura ödənişi, mobil operator və internet ödənişi bir ekranda. QR kodla ödəmə və avtomatik ödəniş şablonu ilə ödənişlərinizi vaxtında icra edin, komissiya ödəmədən. Keşbek (cashback) və ƏDV geri al Hər kartla alışda keşbek qazanın. ƏDV geri al ilə alış-verişdə ödədiyiniz vergini geri alın; Fayda Max-ın qızıl mərhələsində 1.2x ƏDV geri al təklifindən yararlanın. Keşbek qazancınız avtomatik kartınıza qaytarılır. Onlayn alış, kartla alış və alış-verişdə geri ödəmə bir tətbiqdə. Keşbek tarixçəsini izləyin, nə qədər qazandığınızı görün. Tez kredit və kredit kart Tez kredit götürmək və onlayn kredit müraciəti etmək asandır. Kalkulyator ilə faizi hesablayın, uyğun təklifi seçin. Kredit kart sifarişi tam onlayndır; nağd kredit və qısa müddətli kredit imkanları da tətbiqdədir. Ödəniş tarixlərini, qrafiki və borc qalığını mobil bankçılıq tətbiqindən izləyin, borc ödənişini bir toxunuşla edin. Kart sifarişi: DigiCard, debet kart və maaş kartı Olduğunuz yerdən ödənişsiz digital kart sifarişi edin. Tam DigiCard ilə komissiyasız köçürmə, nağdsız ödəmə və keşbek imkanı əldə edin. Debet kart, maaş kartı və kredit kart sifarişi bir neçə dəqiqədə tamamlanır. Kart balansını yoxlayın, limitləri idarə edin, kartı bloklayın və ya yenidən açın. Kartlarınızı rəqəmsal cüzdanda (wallet) saxlayın, Apple Pay ilə ödəyin. eSIM sifarişi də tətbiqdədir. Valyuta məzənnəsi və mübadilə Gündəlik valyuta məzənnəsini izləyin: dollar, avro və AZN. Tətbiq daxilində sərfəli məzənnə ilə valyuta mübadiləsi edin, hesablar arasında konvertasiya aparın. Məzənnə dəyişikliyindən xəbərdar olmaq üçün bildiriş qurun. Əmanət hesabı və DigiDeposit Yüksək illik gəlirli DigiDeposit ilə onlayn əmanət yerləşdirin. Filiala getmədən əmanət hesabı və depozit hesabı açın, faiz dərəcələrini müqayisə edin, gəlirinizi izləyin. İnvestisiya, səhmlər və sığorta Onlayn investisiya hesabı açaraq yerli və ABŞ fond bazarlarında səhm alışı edin, yatırım portfelinizi tətbiqdən izləyin. Əmlak, avtomobil, səyahət və tibbi sığorta məhsullarını onlayn əldə edin, sığorta müraciətini tətbiqdə doldurun. Təhlükəsizlik Biometrik giriş, əməliyyat təsdiqi və anlıq bildirişlərlə hesabınız qorunur. Şübhəli əməliyyatı tətbiqdən dayandırın, kartı dərhal bloklayın. ABB mobile ilə nağd pul, ödəniş, köçürmə, kart sifarişi, tez kredit və keşbek əməliyyatlarınızı tam onlayn edin. Mobil bank dünyasına qoşulun.
  • Apple App Store
  • 免費版
  • 金融

商店排名

- -

SİMA - Rəqəmsal İmza與 ABB mobile: Bank & Tez Kredit 比較排名

比較過去 28 天的 SİMA - Rəqəmsal İmza 排名趨勢與 ABB mobile: Bank & Tez Kredit

排名

無可用數據

各國 SİMA - Rəqəmsal İmza vs. ABB mobile: Bank & Tez Kredit 排名比較

比較過去 28 天的 SİMA - Rəqəmsal İmza 排名趨勢與 ABB mobile: Bank & Tez Kredit

使用我們的免費試用版,與所有網站進行比較

立即開始
SİMA - Rəqəmsal İmza VS.
ABB mobile: Bank & Tez Kredit

8月 30, 2026