- Home
- Free App Analytics
- MilliÖN
- MilliÖN Vs. ABB mobile: Təhlükəsiz Bank
MilliÖN vs ABB mobile: Təhlükəsiz Bank Usage & Stats
MilliÖN – gündəlik ödəmələri rahat və sürətli etmək üçün onlayn ödəniş sistemidir. MilliÖN tətbiqində tək mobil nömrəni qeyd edərək qeydiyyatdan keçmək mümkündür. Qeydiyyatdan keçmədən də tətbiqdən faydalanmaq olar.
Ödəniş xidmətləri:
- Dövlət ödənişləri
- Kommunal xidmət
- Mobil operatorlar
- Bank xidmətləri
- Telefon
- Elektron pul kisəsi
- Sığorta
- Təhsil
- Kabel TV
- İnternet
- Çatdırılma xidməti
- Mərc oyunları
- Agent şəbəkasi
- E-ticarət
Şablonların yaradılması
Ödənişlərinizi sürətli həyata keçirmək və vaxtınıza qənaət etmək üçün şəxsi şablonlarınızı yaradın
Kartların yadda saxlanılması
Şəxsi kartınızı yaratmaqla, istədiyiniz kommunal və ya rabitə xidmətlərinin ödənişini daha da rahat şəkildə həyata keçirə bilərsiniz. Kart məlumatları tam olaraq məxfi saxlanılır.
Bonuslar
İstənilən xidmət üzrə ödəniş edilən zaman bonuslar qazanırsınız.
Ödəniş tarixçəsi
Bütün kommunal və ya rabitə xidmətləri üçün ödənişlərinizi sürətli və təhlükəsiz şəkildə həyata keçirə və bütün ödənişlərə real rejimdə nəzarət edə bilərsiniz.
- Apple App Store
- Free
- Finance
Store Rank
- -
ABB mobile ilə 24/7 ödənişlər, köçürmələr, kart, kredit, keşbek və digər bank əməliyyatlarınız rahatlıqla həll edin.
ABB mobile:Rəqəmsal bankçılıq təcrübəsi
ABB mobile ABB-nin təqdim etdiyi rəqəmsal bankçılıq və kredit idarəetmə tətbiqidir. Bu tətbiq ilə siz 24/7 bank xidmətlərindən istifadə edərək ödənişlərinizi sürətli, təhlükəsiz və rahat şəkildə həyata keçirə bilərsiniz. ABB mobile ilə onlayn kredit müraciəti, pul köçürmələri, keşbek (cashback) qazanmaq, bank əməliyyatlarını və ödənişləri sadəcə bir neçə toxunuşla idarə etmək mümkündür.
Ödənişlər və keşbek
ABB mobile tətbiqi ilə bütün ödənişlər, o cümlədən bank əməliyyatları və kredit ödənişləri asanlıqla həyata keçirilir. Kart sifariş edərək nağdsız ödənişlər edə, həmçinin alış-verişlərdə “2x ƏDV geri al” təklifindən yararlana bilərsiniz. Tətbiqindəki keşbek imkanları ilə alış-verişləriniz daha sərfəli olacaq. Həmçinin ABB mobile-da Fayda Max proqramı ilə komissiyasız ödənişlər və daha çox üstünlük mövcuddur.
Onlayn kredit və bank kartları
ABB mobile ilə onlayn kredit müraciəti etmək çox asandır. Kredit kalkulyatoru vasitəsilə kredit faizləri və şərtləri barədə məlumat əldə edə, ən uyğun təklifi seçərək kreditinizi sürətli şəkildə sifariş edə bilərsiniz. Eyni zamanda bank kartlarınızı da mobil tətbiq vasitəsilə idarə etmək imkanınız var.
Pul köçürmələri və ödənişlər
ABB mobile ilə ölkədaxili və ölkəxarici köçürmələri rahatlıqla həyata keçirə bilərsiniz, həmçinin pul köçürmə əməliyyatlarınızı daha asan və effektiv idarə edə bilərsiniz. Pulsuz köçürmələr və ödənişlər ilə maliyyə əməliyyatlarınız da asanlaşdırılıb. Kommunal, mobil, TV, internet, hökumət ödənişləri və daha çoxunu yalnız bir neçə toxunuşla yerinə yetirmək və keşbek qazanmaq mümkündür.
Sığorta
ABB mobile sığorta xidmətləri əldə etmək imkanı da təklif edir. Əmlak, avtomobil və digər əhəmiyyətli sığortaları bu tətbiqdən ala bilərsiniz.
Yüksək faizli əmanət
12%-dək illik gəlir təmin edən DigiDeposit ilə əmanət yerləşdirmək və gəlirinizi artırmaq fürsətiniz var. ABB mobile ilə filiala getmədən, tam onlayn depozit hesabı aça və vəsait yerləşdirə bilərsiniz.
İnvestisiya və səhmlər
ABB mobile ilə həm yerli, həm də ABŞ fond bazarlarına investisiya etmək mümkündür. Tam onlayn qaydada investisiya hesabı aça, qlobal və yerli şirkətlərin səhmlərinə investisiya edərək gəlirinizi artıra bilərsiniz.
Təhlükəsiz bankçılıq
ABB mobile tətbiqi ilə maliyyə əməliyyatlarınız tam təhlükəsizdir. Kredit kartı və digər bank əməliyyatları ilə əlaqədar məlumatlarınız yüksək səviyyədə qorunur. ABB mobile ilə ölkədaxili və beynəlxalq pul köçürmələrini asan və təhlükəsiz etmək mümkündür. Kart itirildikdə və ya kibercinayət halları baş verdikdə kart bloklama funksiyası ilə təhlükəsizliyiniz təmin edilir.
Tam DigiCard – Tam digital kart
ABB mobile ilə olduğunuz yerdə pulsuz digital kart əldə edə bilərsiniz. Bu kart vasitəsilə komissiyasız köçürmələr və ödənişlər etmək, keşbek təkliflərindən yararlanmaq mümkündür. Tam DigiCard bank əməliyyatlarınızı rahatlıqla idarə etməyiniz üçün idealdır. Həmçinin mobil bankçılıq imkanlarından istifadə etdikdə əməliyyatlarınız daha sürətli və təhlükəsiz olacaq.
ABB mobile ilə həyatınızı asanlaşdırın və maliyyə əməliyyatlarınızı rahatlıqla idarə edin. Bank xidmətlərinizə rahat giriş və kredit əməliyyatlarınızı asan idarəetmə üsulları ilə tanış olun.
- Apple App Store
- Free
- Finance
Store Rank
- -
MilliÖN vs. ABB mobile: Təhlükəsiz Bank ranking comparison
Compare MilliÖN ranking trend in the past 28 days vs. ABB mobile: Təhlükəsiz Bank
Rank
No Data Available
MilliÖN vs. ABB mobile: Təhlükəsiz Bank ranking by country comparison
Compare MilliÖN ranking trend in the past 28 days vs. ABB mobile: Təhlükəsiz Bank
All categories
Finance
Compare to any site with our free trial
January 18, 2026