- ホーム
- 無料アプリ分析
- Leobank - Online Bank & Card
- Leobank - Online Bank & Card Vs. ABB mobile: Təhlükəsiz Bank
Leobank - Online Bank & Card vs ABB mobile: Təhlükəsiz Bank使用状況と統計
Leobank Azərbaycanın ilk yalnız mobil bankçılıq xidmətidir. Artıq 1,5 milyondan çox insan bizim müştərimiz olub və banka getməyi həmişəlik unudub. Bizə qoşulun!
Leobank tətbiqini yükləmək üçün 18 səbəb
1. Pulsuz kredit kartı
- Kredit, şəxsi vəsait, keşbek və ödənişlər üçün bir kart
- Buraxılış, çatdırılma və xidmət haqqı pulsuzdur
2. 15.000 ₼-dək kredit limiti
- Kreditdən 62 günə qədər komissiyasız istifadə etmək olar
- Kreditlə bağlı qərar qeydiyyat zamanı dərhal verilir
3. Nağd kredit
- İllik 15% faiz dərəcəsi ilə 59 ayadək 50.000 ₼-dək kredit
- Rəsmiləşdirmə komissiyası cəmi 1% təşkil edir
4. Leo uşaq kartı
- 7 yaşdan 18 yaşa qədər uşaqlar üçün pulsuz kart
- Uşaq öz kartını, Leo tətbiqini alır və maliyyə savadlılığını öyrənir
- Valideynlər uşağın xərclərinə tam nəzarət edirlər
5. Leo Prime VIP kartı
- Səyahət üçün VIP xidmətlər: CIP xidməti, Premium Lounge, hava limanına/hava limanından transferlər, hava limanlarında biznes salonlarına giriş, sığorta və digər imkanlar
- 24/7 konsyerj xidməti: hotel rezervasiyası, çiçəklər, biletlər və daha çoxu
- Sea Breeze-də imtiyazlar: parkinq zonasına, restoranlara və əyləncələrə pulsuz giriş
- Bankdan bonuslar: Prime keşbek, kartdakı və Xəzinədəki şəxsi vəsaitlərin qalığına 7% gəlir, köçürmələr üzrə artırılmış limitlər: ayda 5000 manata qədər – komissiyasız
6. Sahibkarlar üçün hesab və kart
- Biznes kartının verilməsi, çatdırılması və xidmət haqqı pulsuzdur
- Fərdi sahibkarlar üçün 15.000 ₼-ə qədər kredit
- Vergilərin və digər ödənişlərin ödənilməsi – komissiya yoxdur
7. 24 ayadək hissə-hissə ödəniş
- Gələcək və artıq tamamlanmış alışları, kart köçürmələrini və nağdlaşdırmaları hissələrə bölmək mümkündür
- Komissiya ayda cəmi 1,5% təşkil edir
8. Gəlirli və etibarlı əmanətlər
- İllik 11.7%-ə qədər tariflər – ölkənin ən yaxşılarından biri!
- Müddəti, faiz dərəcəsini və alma üsulunu özünüz seçirsiniz
9. Taksit
- Partnyor mağazalarda taksitlə və komissiyasız ödəniş imkanı
- Alış-veriş məbləğini 24 ödənişə qədər bölə bilərsiniz
10. Bankdan və tərəfdaşlardan 20%-dək keşbek
- Hər ay bankdan 2, tərəfdaşlardan isə istənilən sayda keşbek kateqoriyası seçin
- Keşbek ödənişdən dərhal sonra real pulla ödənilir
11. Xəzinə
- Xəyallarınız üçün pul yığın və Leo Black kartı ilə illik 6% və ya Leo Prime kartı ilə illik 7% qazanın
- Avtomatik qaydalar büdcənizə mənfi təsir etmədən pul yığmağa kömək edir
12. Leo ilə investisiya edin
- Səhmlərə və ya kriptovalyutaya 1 ₼-dan investisiya edin
- İnvestisiyanın əsasları üzrə pulsuz kurs keçin
13. Ödənişlər və köçürmələr
- Leobank kartına köçürmə və kommunal ödənişlər pulsuzdur
- Azərbaycanın digər banklarının kartlarına 2000 ₼-dək köçürmələr – komissiyasız
- Xarici bankların kartlarına köçürmələr
- Rahat parkinq ödənişi — sadəcə olaraq parkinq biletinizi skan edin
- Kommunal ödənişlər üçün qəbz skaneri
- Azəriqaz və Azərsu smart kartlarının balansının artırılması
- Silkələ və ödə: tez pul göndərmək üçün sadəcə smartfonunuzu silkələyin
- Ödənişlərə reaksiyalar: “təşəkkür edirəm” və ya “pul gəldi” əvəzinə emoji göndərin
- Ödənişə ödənişlə cavab verin və əvvəlki ödənişləri bir toxunuşla təkrarlayın
14. Kart balansının pulsuz artırılması
- Unibank bankomatlarında və ya MilliÖn, E-Manat terminallarında
- Leobank tətbiqdə başqa bir bank kartından
- Apple Pay vasitəsilə
15. 24/7 qayğıkeş dəstək xidməti
- Dəstəkdə robot yoxdur!
- Yalnız istənilən rahat messencerdə və ya telefonla canlı ünsiyyət
16. Təhlükəsizlik
- Gizli rejim – heç kim balansınızı və ya əməliyyatlarınızı görməyəcək
- PIN kodunuzu dəyişdirin və ya CVV kodunuzu birbaşa tətbiqdə gizləyin
- İtirmə və ya oğurluq halında bir neçə kliklə kartınızı bloklaya bilərsiniz
17. ƏDV-nin geri qaytarılması
- Leo tətbiqində qəbzləri skan edin və ƏDV-ni geri qaytarın
- Pulu bir kliklə və komissiyasız Leo kartınıza köçürün
18. Leo xüsusiyyətləri
- Gözəl və anlaşıqlı tətbiq.
- Kartınız üçün çoxlu dizaynlar
- Ölkə üzrə rahat xərcləmə analitikası, aydın qrafiklər, ödənişlər üçün etiketlər və qeydlər
- Apple App ストア
- 無料
- ファイナンス
ストアランキング
- -
ABB mobile ilə 24/7 ödənişlər, köçürmələr, kart, kredit, keşbek və digər bank əməliyyatlarınız rahatlıqla həll edin.
ABB mobile:Rəqəmsal bankçılıq təcrübəsi
ABB mobile ABB-nin təqdim etdiyi rəqəmsal bankçılıq və kredit idarəetmə tətbiqidir. Bu tətbiq ilə siz 24/7 bank xidmətlərindən istifadə edərək ödənişlərinizi sürətli, təhlükəsiz və rahat şəkildə həyata keçirə bilərsiniz. ABB mobile ilə onlayn kredit müraciəti, pul köçürmələri, keşbek (cashback) qazanmaq, bank əməliyyatlarını və ödənişləri sadəcə bir neçə toxunuşla idarə etmək mümkündür.
Ödənişlər və keşbek
ABB mobile tətbiqi ilə bütün ödənişlər, o cümlədən bank əməliyyatları və kredit ödənişləri asanlıqla həyata keçirilir. Kart sifariş edərək nağdsız ödənişlər edə, həmçinin alış-verişlərdə “2x ƏDV geri al” təklifindən yararlana bilərsiniz. Tətbiqindəki keşbek imkanları ilə alış-verişləriniz daha sərfəli olacaq. Həmçinin ABB mobile-da Fayda Max proqramı ilə komissiyasız ödənişlər və daha çox üstünlük mövcuddur.
Onlayn kredit və bank kartları
ABB mobile ilə onlayn kredit müraciəti etmək çox asandır. Kredit kalkulyatoru vasitəsilə kredit faizləri və şərtləri barədə məlumat əldə edə, ən uyğun təklifi seçərək kreditinizi sürətli şəkildə sifariş edə bilərsiniz. Eyni zamanda bank kartlarınızı da mobil tətbiq vasitəsilə idarə etmək imkanınız var.
Pul köçürmələri və ödənişlər
ABB mobile ilə ölkədaxili və ölkəxarici köçürmələri rahatlıqla həyata keçirə bilərsiniz, həmçinin pul köçürmə əməliyyatlarınızı daha asan və effektiv idarə edə bilərsiniz. Pulsuz köçürmələr və ödənişlər ilə maliyyə əməliyyatlarınız da asanlaşdırılıb. Kommunal, mobil, TV, internet, hökumət ödənişləri və daha çoxunu yalnız bir neçə toxunuşla yerinə yetirmək və keşbek qazanmaq mümkündür.
Sığorta
ABB mobile sığorta xidmətləri əldə etmək imkanı da təklif edir. Əmlak, avtomobil və digər əhəmiyyətli sığortaları bu tətbiqdən ala bilərsiniz.
Yüksək faizli əmanət
12%-dək illik gəlir təmin edən DigiDeposit ilə əmanət yerləşdirmək və gəlirinizi artırmaq fürsətiniz var. ABB mobile ilə filiala getmədən, tam onlayn depozit hesabı aça və vəsait yerləşdirə bilərsiniz.
İnvestisiya və səhmlər
ABB mobile ilə həm yerli, həm də ABŞ fond bazarlarına investisiya etmək mümkündür. Tam onlayn qaydada investisiya hesabı aça, qlobal və yerli şirkətlərin səhmlərinə investisiya edərək gəlirinizi artıra bilərsiniz.
Təhlükəsiz bankçılıq
ABB mobile tətbiqi ilə maliyyə əməliyyatlarınız tam təhlükəsizdir. Kredit kartı və digər bank əməliyyatları ilə əlaqədar məlumatlarınız yüksək səviyyədə qorunur. ABB mobile ilə ölkədaxili və beynəlxalq pul köçürmələrini asan və təhlükəsiz etmək mümkündür. Kart itirildikdə və ya kibercinayət halları baş verdikdə kart bloklama funksiyası ilə təhlükəsizliyiniz təmin edilir.
Tam DigiCard – Tam digital kart
ABB mobile ilə olduğunuz yerdə pulsuz digital kart əldə edə bilərsiniz. Bu kart vasitəsilə komissiyasız köçürmələr və ödənişlər etmək, keşbek təkliflərindən yararlanmaq mümkündür. Tam DigiCard bank əməliyyatlarınızı rahatlıqla idarə etməyiniz üçün idealdır. Həmçinin mobil bankçılıq imkanlarından istifadə etdikdə əməliyyatlarınız daha sürətli və təhlükəsiz olacaq.
ABB mobile ilə həyatınızı asanlaşdırın və maliyyə əməliyyatlarınızı rahatlıqla idarə edin. Bank xidmətlərinizə rahat giriş və kredit əməliyyatlarınızı asan idarəetmə üsulları ilə tanış olun.
- Apple App ストア
- 無料
- ファイナンス
ストアランキング
- -
Leobank - Online Bank & Card対ABB mobile: Təhlükəsiz Bankランキング比較
と過去28日間の Leobank - Online Bank & Card ランキング傾向を比較 ABB mobile: Təhlükəsiz Bank
ランキング
ご利用可能なデータがありません
Leobank - Online Bank & Card 対 ABB mobile: Təhlükəsiz Bank 国の比較によるランキング
と過去28日間の Leobank - Online Bank & Card ランキング傾向を比較 ABB mobile: Təhlükəsiz Bank
業界別 ウェブサイトカテゴリー
ファイナンス
無料トライアルで任意のサイトと比較する
2月 19, 2026