MD Reference vs PharmOnline Usage & Stats

MD Reference mobil əlavəsinin əsas məqsədi tibbi yardımın keyfiyyətinin yüksəldilməsidir. Tibb elminin şaxələnməsi, tibbi biliklərin dərinləşməsi və yeni müasir texnologiyaların inkişafı praktik həkimlərin məsuliyyətini artırmaqla yanaşı, həm də onların fəaliyyətində bir sıra çətinliklər yaradır. Müasir dünyada tibb elmi o dərəcədə inkişaf edib və o qədər məlumat və bilik toplanıb ki, bir həkim həmin informasiya axını şəraitində necə hərəkət etdiyini tam dərk etmir. "MD Reference" mobil əlavəsi həkimlərin və digər tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, yeniliklərdən xəbərdar olması və praktik fəaliyyətdə yenilikləri rahat tətbiq etməsinə əhəmiyyətli dərəcədə kömək edəcəkdir. Xidmət haqqı. Qiymətləndirmə və ödəmə şərtləri ilə satın aldığınız və ya istifadə etdiyiniz MD Referans-dən istifadə üçün bütün ödənişləri (hər hansı bir həddi aşma haqları daxil olmaqla) ödəməyə razısınız. Fərdi hesab səhifənizdən seçdiyiniz abunə variantına uyğun olaraq hesabınız ödəniləcəkdir. Bu şərtlərdə qeyd edilmiş istisnalar və ya müvafiq qanunvericiliklə tələb olunmursa, sizin ödənişlər geri qaytarılmır. Abunə və abunə haqqı. MD Reference-dən istifadə abunə əsasında həyata keçirilir. Abunə müəyyən dövr üçün nəzərdə tutulur - "abunə dövrü" adlanır. Abunə dövrü seçildikdə, sizin hesabınızdan həmin abunə dövrünə uyğun ödəniş aparılır. Onlayn fərdi hesab səhifənizdən avtomatik yenilənmə xüsusiyyətini dayandırmasanız və ya ləğv etməsəniz və ya abunənin dayandırılması üçün müştəri dəstək xidmətimizlə əlaqə saxlamasınız, əvvəlki abunə dövrü bitdikdə, abunəniz eyni müddəti avtomatik uzadılır və ödəniş aparılır. Avtomatik Abunə olma (abunəni yeniləmə) funksiyasını dayandıra bilərsiniz. Bu halda, abunəliyiniz əvvəlki hesablama dövrünün (və ya ödənilmiş abunə dövrü) sonuna qədər davam edəcəkdir. Vergilər. Başqa cür ifadə edilmədiyi təqdirdə, bütün vergilərə (Uptodate In Medicine MMC-nin gəlir vergisi istisna olmaqla) və Xidmətlərin göstərilməsinə aid bütün ödənişlərə, o cümlədən bütün əlaqəli cərimələr və faizlərə (bundan sonra "Vergilər" olaraq adlandırılacaq) daxildir. Xidməti almaq üçün abunə haqqını Uptodate In Medicine MMC-yə heç bir vergi güzəşt etmədən ödəməlisiniz. Uptodate in Medicine MMC müəyyən edilmiş bütün vergi və rüsumları dövlət büdcəsinə ödəyir. Uptodate In Medicine MMC istənilən vaxt xidmətlərin qiymətlərində dəyişiklik edə bilər. Lakin, edilən dəyişikliklər növbəti abunəlik dövrünə şamil ediləcək. Uptodate In Medicine MMC dəyişikliklərin qüvvəyə minməsindən əvvəl istifadəçilərə yazılı bildiriş göndərir. Başqa yerdə qeyd edilmədiyi təqdirdə, gecikmiş ödənişlərə görə əlavə tutulmalar (peniyalar) hesablanır. Abunə üzrə son ödəniş tarixindən 20 gün sonrakı müddətdə bütün ödənilməmiş hesablar ödənilməmiş hesab olunur. Ödənilməmiş, vaxtı keçmiş, habelə artıq ödənişlər abunənin (xidmətin) məhdudlaşdırılması, dayandırılması və ya ləğv edilməsi ilə nəticələnə bilər. Əsas abunə. Bütün abunəçilər şəxsi istifadəçi adı və şifrə ilə mobil telefonundakı MD Reference mobil tətbiqinə daxil olmaq imkanı əldə edir. MD Reference mobil tətbiqi pulsuz yüklənə bilər. Hazırda 1 ay, 3 ay, 6 ay və 1 illik abunə şərtləri mövcuddur. Lakin, bütün istifadəçilərə ilk 3 aylıq ödənişsiz abunə hədiyyə verilir. Həmin dövr bitdikdən sonra istifadəçilərə abunəni yuxarıdakı şərtlərlə uzatmaq təklif edilir. İstifadəçi abunəni istədiyi zaman dayandıra və ya uzatmaya bilər. İstifadə qaydaları: https://mdreference.az/terms.html
  • Apple App Store
  • Free
  • Medical

Store Rank

- -

“PharmaStore” Apteklər Şəbəkəsi hər zaman müştərilərinin maraqlarını və əlçatımlılığını düşünərək, böyük və peşəkar komandası ilə bu sahədə daima uğurlara imza atmaqla öz səylərini əsirgəməməkdədir. Məqsədimiz idxalçısı olduğumuz yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə bütün əhaliyə xidmət göstərməkdir. Xaricdən idxal edilən məhsullar əczaçılıq məhsullarının daşınma qaydalarına uyğun olaraq, bütün standartlara cavab verən nəqliyyat vasitələri ilə və ciddi nəzarət altında, şərtlərə tam əməl edilməklə ölkəmizə çatdırılır. Xaricdən idxal edilən dərman vasitələri ilə yanaşı, həmçinin əczaçılıq fəaliyyəti qaydalarına uyğun olaraq, yüksək ixtisaslı peşəkar əczaçılarımız tərəfindən “PharmaStore” Apteklər Şəbəkəsində yüksək keyfiyyətli preparatlar da hazırlanaraq əhalinin istehlakına təqdim edilməkdədir. Uğurlarımızdan biri də xidmətlərimizin onlayn şəkildə və operativ göstərilməsidir. Belə ki, alıcıların istehlakına təqdim edilən məhsullar onlayn şəkildə sifariş verildikdən sonra gün ərzində birbaşa ünvanlarına çatdırılır. Alıcıların rahatlığını düşünərək şəbəkəmiz geniş çeşidli dərman preparatlarını, tibbi ləvazimatları və ortopedik məhsulları istehlakçılara təqdim edir. Sifariş üçün sayta daxil olub istədiyiniz məhsulu seçməklə, +99450 273 11 33 whatsapp və ya sadəcə *9400 qısa nömrəsi ilə əlaqə saxlamaqla sifarişinizi qeyd etməyiniz kifayətdir. PharmaStore - sağlamlığın ünvanı!
  • Apple App Store
  • Free
  • Medical

Store Rank

- -

MD Reference vs. PharmOnline ranking comparison

Compare MD Reference ranking trend in the past 28 days vs. PharmOnline

Rank

No Data Available

MD Reference vs. PharmOnline ranking by country comparison

Compare MD Reference ranking trend in the past 28 days vs. PharmOnline

All categories

No Data Available

Medical

Compare to any site with our free trial

Get started
MD Reference VS.
PharmOnline

January 3, 2025