MD Reference vs Burla Xatun Usage & Stats

MD Reference mobil əlavəsinin əsas məqsədi tibbi yardımın keyfiyyətinin yüksəldilməsidir. Tibb elminin şaxələnməsi, tibbi biliklərin dərinləşməsi və yeni müasir texnologiyaların inkişafı praktik həkimlərin məsuliyyətini artırmaqla yanaşı, həm də onların fəaliyyətində bir sıra çətinliklər yaradır. Müasir dünyada tibb elmi o dərəcədə inkişaf edib və o qədər məlumat və bilik toplanıb ki, bir həkim həmin informasiya axını şəraitində necə hərəkət etdiyini tam dərk etmir. "MD Reference" mobil əlavəsi həkimlərin və digər tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, yeniliklərdən xəbərdar olması və praktik fəaliyyətdə yenilikləri rahat tətbiq etməsinə əhəmiyyətli dərəcədə kömək edəcəkdir. Xidmət haqqı. Qiymətləndirmə və ödəmə şərtləri ilə satın aldığınız və ya istifadə etdiyiniz MD Referans-dən istifadə üçün bütün ödənişləri (hər hansı bir həddi aşma haqları daxil olmaqla) ödəməyə razısınız. Fərdi hesab səhifənizdən seçdiyiniz abunə variantına uyğun olaraq hesabınız ödəniləcəkdir. Bu şərtlərdə qeyd edilmiş istisnalar və ya müvafiq qanunvericiliklə tələb olunmursa, sizin ödənişlər geri qaytarılmır. Abunə və abunə haqqı. MD Reference-dən istifadə abunə əsasında həyata keçirilir. Abunə müəyyən dövr üçün nəzərdə tutulur - "abunə dövrü" adlanır. Abunə dövrü seçildikdə, sizin hesabınızdan həmin abunə dövrünə uyğun ödəniş aparılır. Onlayn fərdi hesab səhifənizdən avtomatik yenilənmə xüsusiyyətini dayandırmasanız və ya ləğv etməsəniz və ya abunənin dayandırılması üçün müştəri dəstək xidmətimizlə əlaqə saxlamasınız, əvvəlki abunə dövrü bitdikdə, abunəniz eyni müddəti avtomatik uzadılır və ödəniş aparılır. Avtomatik Abunə olma (abunəni yeniləmə) funksiyasını dayandıra bilərsiniz. Bu halda, abunəliyiniz əvvəlki hesablama dövrünün (və ya ödənilmiş abunə dövrü) sonuna qədər davam edəcəkdir. Vergilər. Başqa cür ifadə edilmədiyi təqdirdə, bütün vergilərə (Uptodate In Medicine MMC-nin gəlir vergisi istisna olmaqla) və Xidmətlərin göstərilməsinə aid bütün ödənişlərə, o cümlədən bütün əlaqəli cərimələr və faizlərə (bundan sonra "Vergilər" olaraq adlandırılacaq) daxildir. Xidməti almaq üçün abunə haqqını Uptodate In Medicine MMC-yə heç bir vergi güzəşt etmədən ödəməlisiniz. Uptodate in Medicine MMC müəyyən edilmiş bütün vergi və rüsumları dövlət büdcəsinə ödəyir. Uptodate In Medicine MMC istənilən vaxt xidmətlərin qiymətlərində dəyişiklik edə bilər. Lakin, edilən dəyişikliklər növbəti abunəlik dövrünə şamil ediləcək. Uptodate In Medicine MMC dəyişikliklərin qüvvəyə minməsindən əvvəl istifadəçilərə yazılı bildiriş göndərir. Başqa yerdə qeyd edilmədiyi təqdirdə, gecikmiş ödənişlərə görə əlavə tutulmalar (peniyalar) hesablanır. Abunə üzrə son ödəniş tarixindən 20 gün sonrakı müddətdə bütün ödənilməmiş hesablar ödənilməmiş hesab olunur. Ödənilməmiş, vaxtı keçmiş, habelə artıq ödənişlər abunənin (xidmətin) məhdudlaşdırılması, dayandırılması və ya ləğv edilməsi ilə nəticələnə bilər. Əsas abunə. Bütün abunəçilər şəxsi istifadəçi adı və şifrə ilə mobil telefonundakı MD Reference mobil tətbiqinə daxil olmaq imkanı əldə edir. MD Reference mobil tətbiqi pulsuz yüklənə bilər. Hazırda 1 ay, 3 ay, 6 ay və 1 illik abunə şərtləri mövcuddur. Lakin, bütün istifadəçilərə ilk 3 aylıq ödənişsiz abunə hədiyyə verilir. Həmin dövr bitdikdən sonra istifadəçilərə abunəni yuxarıdakı şərtlərlə uzatmaq təklif edilir. İstifadəçi abunəni istədiyi zaman dayandıra və ya uzatmaya bilər. İstifadə qaydaları: https://mdreference.az/terms.html
  • Apple App Store
  • Free
  • Medical

Store Rank

- -

Hamilə qalmaq qadınların həyatında duyğu dolu bir zamandır! Dölün inkişafına dair xüsusi izləyicimiz, körpə gözləyən analara bədənlərində yaşanan dəyişiklikləri anlamağa kömək edir və ilk həftədən başlayaraq doğuşadək dölün ehtiyaclarını bilməyə və onları nəzərə almağa imkan verir, habelə doğuşdan sonra yenidoğulanların və körpələrin qayğısına dair ən mühüm məqamları sadə dildə açıqlayır. “Burla Xatun” mobil tətbiqi ilə nələr edə bilərsiniz: - Hamiləlik zamanı nə gözlədiyinizə dair gündəlik məsləhətlər almaq - Hamiləliyinizin gedişatını həftələr üzrə izləmək - Həftələr üzrə körpənin inkişafını izləmək - Mayalanma tarixinə əsasən doğuş tarixini hesablamaq - Tibbi təlimat və tövsiyələrə əsasən bədən çəkisini və bədən kütlə indeksini, digər sağlamlıq göstəricilərini idarə etmək - Hamiləlik əlamətlərini monitorinq etmək - Həkim ilə virtual və fiziki görüşlər təyin etmək - Dölün ultrasəs görüntüsünü, digər qeydiyyatları və məlumatları xatirə kimi saxlamaq Və daha çox! Hər bir hamilə qadın gələcək körpəsinin ana bətnində necə böyüdüyünü, bədəninin necə dəyişdiyini və sağlamlıq durumunu bilmək və izləmək istəyir. “Burla Xatun” mobil tətbiqi hamiləliyiniz, körpənizin inkişafı, bədəninizdəki dəyişikliklər və hamilə qadınlar üçün əhəmiyyətli tövsiyələrlə bağlı məlumatlara tez və asanlıqla çıxış əldə etmək imkanı verir. Həftə ərzində yenilənən bloqda gələcək analar üçün yenidoğulanlara qayğı, hamiləlik və zahılıq zamanı qidalanma və fiziki aktivlik ilə bağlı məlumatlarla tanış ola bilərsiniz. “Burla Xatun” mobil tətbiqində aşağıdakı keçidlərdən ətraflı məlumat əldə edin: - Körpəmin inkişafı - Ananın qidalanması - Körpənin qidalanması və ana südü ilə qidalanma - Faydalı məsləhətlər Bu tətbiqdən istifadə etdikdə hər bir yaranan sual və ya narahatçılıq və ya səhətinizdə problemlər ilə bağlı həkiminizlə məsləhətləşmək tövsiyə olunur. Tətbiqdə verilən məlumatlar həkim məsləhətini əvəz etmək niyyəti daşımır.
  • Apple App Store
  • Free
  • Medical

Store Rank

- -

MD Reference vs. Burla Xatun ranking comparison

Compare MD Reference ranking trend in the past 28 days vs. Burla Xatun

Rank

No Data Available

MD Reference vs. Burla Xatun ranking by country comparison

Compare MD Reference ranking trend in the past 28 days vs. Burla Xatun

All categories

No Data Available

Medical

App
Top Country
Rank
#202
- -
- -

Compare to any site with our free trial

Get started
MD Reference VS.
Burla Xatun

January 3, 2025