m10 — Digital Wallet 对比 ABB mobile: Kredit & Ödəniş 的使用情况和统计数据

m10 həyatınızı asanlaşdıracaq elektron pul kisəsidir. m10-la sürətli və asan şəkildə kommunal ödənişlər et, pul köçürmələrini həyata keçir və ya alış-veriş et! Hər şeyi smartfonunuzdan ödəyin: - Kommunal ödənişlər (qaz, işıq, su və s.) - Mağaza və kafelərdə ödənişlər - Avtobus və metro ödənişləri (BakiKart ilə) - Mobil balansın artırılması - Və daha çox! Pul köçürmələri: - İstənilən bank kartına komissiyasız - m10 istifadəçilərinə: ayda 20 000₼-dək komissiyasız Milliön cibinizdə: - Mobil ödənişlər — Azercell, Bakcell, Nar, Naxtel və digər operatorlar - Kommunal ödənişlər — NFC ilə qaz kartları, AzəriQaz, Azərİşıq, AzərSu, Naxçıvan Qaz, Naxçıvan Elektrik, Naxçıvan Su, Meliorasiya və s. - İnternet — AiləNet, Avirtel, AzerOnline, Aztelecom, BIRLink və s. - Televiziya — AiləTV, ATV Plus, Aztelecom, Baktelecom, KATV və s - Stasionar telefon — AzEurotel, Aztelekom, Baktelekom, Ultel Telefon, TransEuroCom və s. - Cərimələr — DYP (Dövlət Yol Polisi) - Bank xidmətləri - Sığorta - Təhsil - Parkinq ödənişləri Ölkə üzrə 20.000-dən çox yerdə alış-veriş edin: - Kafe və restoranlar — Vapiano, Mado, KAFE DREAM KITCHEN və s. - Elektronika — İrşad, Kontakt, Baku Electronics, Music Gallery və s - Geyim — ZARA, Swarovski, Bershka və s - Supermarketlər — Bravo, Bolmart, Rahat, Grandmart, OBA Market, Araz market, NMR və s. - Klinikalar və apteklər — VITA, Focus, Aloe, Buta və s - Yanacaqdoldurma məntəqələri — Socar, Tosoil və s - Digər — PARK CINEMA, LIBRAFF, AMAZON, Game Station, Oyun Zalı, 1ST Fitness, AzParking və s. Umico bonusları ilə cashback qazanın: - Ölkə üzrə 20.000-dən çox nöqtədə minimum 2% ödəniş bonusları - Kommunal ödənişlər, kabel televiziyası, mobil rabitə, internet və dövlət xidmətləri üzrə ödənişlər üçün 2% bonus. Yığılan bonuslardan alış-veriş üçün istifadə edin və ya onları m10 balansınıza köçürün Lim10 toplayın: - QR ödənişlə Lim10-lar qazanıb, daha sonra bu Lim10-ları real pula çevirmə imkanı! m10-u komissiyasız doldurun: - Milliön terminallarında nağd pul - İstənilən bank kartı: Birbank, Leobank, ABB Bank, Kapital Bank, Unibank, Paşa Bank, Rabitəbank, Ubank, Bank Respublika, Dost Bank, Xalq Bank, Expressbank, ATB və s. Komissiyasız nağdlaşdırma: - Kapital Bankın bankomatlarında 20.000₼-a qədər kredit əldə edin: - Cəmi 2 dəqiqəyə rəsmiləşmə - Heç bir əlavə sənəd və ya zamin tələb olunmadan - 10,9%-dən başlayan faiz dərəcəsi ilə Milyonlarla istifadəçiyə qoşularaq, elə bu gün həyatınızı asanlaşdırın! - m10 tətbiqini yükləyin - Mobil nömrənizlə qeydiyyatdan keçin - Görüntülü qeydiyyatı tamamlayın Ətraflı məlumat üçün saytımıza daxil olun https://m10.az Təklif, rəy və ya sualınız var? Dəstək komandamız hər zaman köməyə hazırdır! - *8810 nömrəsinə zəng edin. - info@m10.az elektron poçt ünvanına göndərin Instagram: https://www.instagram.com/m10.az Telegram: https://t.me/limonqazani Facebook: https://www.facebook.com/m10.az YouTube: https://www.youtube.com/@m10byPashaPay TikTok: https://www.tiktok.com/@m10bypashapay WhatsApp: +994774008810 Ünvan: AZ1010, Azərbaycan, Bakı, Nəsimi rayonu, Neftçilər prospekti, bina 153
  • Apple 应用商店
  • 免费
  • 金融

商店排名

- -

ABB mobile ilə 24/7 ödənişlər, köçürmələr, kart, kredit, keşbek və digər bank əməliyyatlarınız rahatlıqla həll edin. ABB mobile:Rəqəmsal bankçılıq təcrübəsi ABB mobile ABB-nin təqdim etdiyi rəqəmsal bankçılıq və kredit idarəetmə tətbiqidir. Bu tətbiq ilə siz 24/7 bank xidmətlərindən istifadə edərək ödənişlərinizi sürətli, təhlükəsiz və rahat şəkildə həyata keçirə bilərsiniz. ABB mobile ilə onlayn kredit müraciəti, pul köçürmələri, keşbek (cashback) qazanmaq, bank əməliyyatlarını və ödənişləri sadəcə bir neçə toxunuşla idarə etmək mümkündür. Ödənişlər və keşbek ABB mobile tətbiqi ilə bütün ödənişlər, o cümlədən bank əməliyyatları və kredit ödənişləri asanlıqla həyata keçirilir. Kart sifariş edərək nağdsız ödənişlər edə, həmçinin alış-verişlərdə “2x ƏDV geri al” təklifindən yararlana bilərsiniz. Tətbiqindəki keşbek imkanları ilə alış-verişləriniz daha sərfəli olacaq. Həmçinin ABB mobile-da Fayda Max proqramı ilə komissiyasız ödənişlər və daha çox üstünlük mövcuddur. Onlayn kredit və bank kartları ABB mobile ilə onlayn kredit müraciəti etmək çox asandır. Kredit kalkulyatoru vasitəsilə kredit faizləri və şərtləri barədə məlumat əldə edə, ən uyğun təklifi seçərək kreditinizi sürətli şəkildə sifariş edə bilərsiniz. Eyni zamanda bank kartlarınızı da mobil tətbiq vasitəsilə idarə etmək imkanınız var. Pul köçürmələri və ödənişlər ABB mobile ilə ölkədaxili və ölkəxarici köçürmələri rahatlıqla həyata keçirə bilərsiniz, həmçinin pul köçürmə əməliyyatlarınızı daha asan və effektiv idarə edə bilərsiniz. Pulsuz köçürmələr və ödənişlər ilə maliyyə əməliyyatlarınız da asanlaşdırılıb. Kommunal, mobil, TV, internet, hökumət ödənişləri və daha çoxunu yalnız bir neçə toxunuşla yerinə yetirmək və keşbek qazanmaq mümkündür. Sığorta ABB mobile sığorta xidmətləri əldə etmək imkanı da təklif edir. Əmlak, avtomobil və digər əhəmiyyətli sığortaları bu tətbiqdən ala bilərsiniz. Yüksək faizli əmanət 12%-dək illik gəlir təmin edən DigiDeposit ilə əmanət yerləşdirmək və gəlirinizi artırmaq fürsətiniz var. ABB mobile ilə filiala getmədən, tam onlayn depozit hesabı aça və vəsait yerləşdirə bilərsiniz. İnvestisiya və səhmlər ABB mobile ilə həm yerli, həm də ABŞ fond bazarlarına investisiya etmək mümkündür. Tam onlayn qaydada investisiya hesabı aça, qlobal və yerli şirkətlərin səhmlərinə investisiya edərək gəlirinizi artıra bilərsiniz. Təhlükəsiz bankçılıq ABB mobile tətbiqi ilə maliyyə əməliyyatlarınız tam təhlükəsizdir. Kredit kartı və digər bank əməliyyatları ilə əlaqədar məlumatlarınız yüksək səviyyədə qorunur. ABB mobile ilə ölkədaxili və beynəlxalq pul köçürmələrini asan və təhlükəsiz etmək mümkündür. Kart itirildikdə və ya kibercinayət halları baş verdikdə kart bloklama funksiyası ilə təhlükəsizliyiniz təmin edilir. Tam DigiCard – Tam digital kart ABB mobile ilə olduğunuz yerdə pulsuz digital kart əldə edə bilərsiniz. Bu kart vasitəsilə komissiyasız köçürmələr və ödənişlər etmək, keşbek təkliflərindən yararlanmaq mümkündür. Tam DigiCard bank əməliyyatlarınızı rahatlıqla idarə etməyiniz üçün idealdır. Həmçinin mobil bankçılıq imkanlarından istifadə etdikdə əməliyyatlarınız daha sürətli və təhlükəsiz olacaq. ABB mobile ilə həyatınızı asanlaşdırın və maliyyə əməliyyatlarınızı rahatlıqla idarə edin. Bank xidmətlərinizə rahat giriş və kredit əməliyyatlarınızı asan idarəetmə üsulları ilə tanış olun.
  • Apple 应用商店
  • 免费
  • 金融

商店排名

- -

m10 — Digital Wallet与ABB mobile: Kredit & Ödəniş排名比较

对比 m10 — Digital Wallet 与 ABB mobile: Kredit & Ödəniş 在过去 28 天内的排名趋势

排名

没有可用的数据

m10 — Digital Wallet 对比 ABB mobile: Kredit & Ödəniş 的排名,按国家/地区比较

对比 m10 — Digital Wallet 与 ABB mobile: Kredit & Ödəniş 在过去 28 天内的排名趋势

通过免费试用版比较任何网站

开始使用
m10 — Digital Wallet VS.
ABB mobile: Kredit & Ödəniş

一月 17, 2025