- Home
- Kostenlose App-Analyse
- Mobil Notariat
- Mobil Notariat Vs. ABB mobile: Kredit & Ödəniş
Mobil Notariat im Vergleich zu ABB mobile: Kredit & Ödəniş Nutzung und Statistiken
"Mobil notariat" tətbiqində qeydiyyatdan keçərək, bəzi etibarnamə, ərizə və kirayə müqaviləsinin rəsmiləşdirilməsi üçün notariusa elektron müraciət göndərə və Sizə aid notariat sənədlərinin elektron nüsxələrinə baxa bilərsiniz.
Qeydiyyat üçün aşağıda göstərilən üsullardan biri seçilməlidir:
- İstənilən notariat ofisinə yaxınlaşaraq kod əldə etməklə;
- "Mobil notariat" tətbiqi vasitəsilə notariusa video müraciət göndərməklə;
- "Digital login" üzərindən birbaşa qeydiyyat aparmaqla.
Tətbiq vasitəsilə əlavə olaraq aşağıdakı xidmətlərdən istifadə etmək də mümkündür:
- Sənədlərin tərcüməsi üçün müraciət;
- Sənədlərin "QR-kod" və ya "Barkod" vasitəsilə həqiqiliyini yoxlamaq;
- Respublika ərazisində fəaliyyət göstərən bütün notariat ofisləri və notariuslar barədə məlumat əldə etmək, eləcə də ofislərin 360 dərəcə görüntüsünü nəzərdən keçirtmək;
- Vərəsəlik işlərinin açılıb-açılmamasının yoxlamaq.
- Apple App Store
- Kostenlos
- Business
Rang speichern
- -
ABB mobile ilə 24/7 ödənişlər, köçürmələr, kart, kredit, keşbek və digər bank əməliyyatlarınız rahatlıqla həll edin.
ABB mobile:Rəqəmsal bankçılıq təcrübəsi
ABB mobile ABB-nin təqdim etdiyi rəqəmsal bankçılıq və kredit idarəetmə tətbiqidir. Bu tətbiq ilə siz 24/7 bank xidmətlərindən istifadə edərək ödənişlərinizi sürətli, təhlükəsiz və rahat şəkildə həyata keçirə bilərsiniz. ABB mobile ilə onlayn kredit müraciəti, pul köçürmələri, keşbek (cashback) qazanmaq, bank əməliyyatlarını və ödənişləri sadəcə bir neçə toxunuşla idarə etmək mümkündür.
Ödənişlər və keşbek
ABB mobile tətbiqi ilə bütün ödənişlər, o cümlədən bank əməliyyatları və kredit ödənişləri asanlıqla həyata keçirilir. Kart sifariş edərək nağdsız ödənişlər edə, həmçinin alış-verişlərdə “2x ƏDV geri al” təklifindən yararlana bilərsiniz. Tətbiqindəki keşbek imkanları ilə alış-verişləriniz daha sərfəli olacaq. Həmçinin ABB mobile-da Fayda Max proqramı ilə komissiyasız ödənişlər və daha çox üstünlük mövcuddur.
Onlayn kredit və bank kartları
ABB mobile ilə onlayn kredit müraciəti etmək çox asandır. Kredit kalkulyatoru vasitəsilə kredit faizləri və şərtləri barədə məlumat əldə edə, ən uyğun təklifi seçərək kreditinizi sürətli şəkildə sifariş edə bilərsiniz. Eyni zamanda bank kartlarınızı da mobil tətbiq vasitəsilə idarə etmək imkanınız var.
Pul köçürmələri və ödənişlər
ABB mobile ilə ölkədaxili və ölkəxarici köçürmələri rahatlıqla həyata keçirə bilərsiniz, həmçinin pul köçürmə əməliyyatlarınızı daha asan və effektiv idarə edə bilərsiniz. Pulsuz köçürmələr və ödənişlər ilə maliyyə əməliyyatlarınız da asanlaşdırılıb. Kommunal, mobil, TV, internet, hökumət ödənişləri və daha çoxunu yalnız bir neçə toxunuşla yerinə yetirmək və keşbek qazanmaq mümkündür.
Sığorta
ABB mobile sığorta xidmətləri əldə etmək imkanı da təklif edir. Əmlak, avtomobil və digər əhəmiyyətli sığortaları bu tətbiqdən ala bilərsiniz.
Yüksək faizli əmanət
12%-dək illik gəlir təmin edən DigiDeposit ilə əmanət yerləşdirmək və gəlirinizi artırmaq fürsətiniz var. ABB mobile ilə filiala getmədən, tam onlayn depozit hesabı aça və vəsait yerləşdirə bilərsiniz.
İnvestisiya və səhmlər
ABB mobile ilə həm yerli, həm də ABŞ fond bazarlarına investisiya etmək mümkündür. Tam onlayn qaydada investisiya hesabı aça, qlobal və yerli şirkətlərin səhmlərinə investisiya edərək gəlirinizi artıra bilərsiniz.
Təhlükəsiz bankçılıq
ABB mobile tətbiqi ilə maliyyə əməliyyatlarınız tam təhlükəsizdir. Kredit kartı və digər bank əməliyyatları ilə əlaqədar məlumatlarınız yüksək səviyyədə qorunur. ABB mobile ilə ölkədaxili və beynəlxalq pul köçürmələrini asan və təhlükəsiz etmək mümkündür. Kart itirildikdə və ya kibercinayət halları baş verdikdə kart bloklama funksiyası ilə təhlükəsizliyiniz təmin edilir.
Tam DigiCard – Tam digital kart
ABB mobile ilə olduğunuz yerdə pulsuz digital kart əldə edə bilərsiniz. Bu kart vasitəsilə komissiyasız köçürmələr və ödənişlər etmək, keşbek təkliflərindən yararlanmaq mümkündür. Tam DigiCard bank əməliyyatlarınızı rahatlıqla idarə etməyiniz üçün idealdır. Həmçinin mobil bankçılıq imkanlarından istifadə etdikdə əməliyyatlarınız daha sürətli və təhlükəsiz olacaq.
ABB mobile ilə həyatınızı asanlaşdırın və maliyyə əməliyyatlarınızı rahatlıqla idarə edin. Bank xidmətlərinizə rahat giriş və kredit əməliyyatlarınızı asan idarəetmə üsulları ilə tanış olun.
- Apple App Store
- Kostenlos
- Finanzen
Rang speichern
- -
Mobil Notariatvs. ABB mobile: Kredit & Ödəniş Ranking-Vergleich
Vergleichen Sie Mobil Notariat den Ranking-Trend der letzten 28 Tage mit ABB mobile: Kredit & Ödəniş
Rang
Keine Daten verfügbar
Mobil Notariat im Vergleich zu ABB mobile: Kredit & Ödəniş Ranking im Ländervergleich
Vergleichen Sie Mobil Notariat den Ranking-Trend der letzten 28 Tage mit ABB mobile: Kredit & Ödəniş
Alle Kategorien
Business
Stellen Sie mit unserer kostenlosen Testversion Vergleiche mit jeder Website an


März 21, 2025